Xusrav Noziri: Yaxın illərdə Şuşa İƏT-in rəsmi turizm paytaxtı olacaq

Türkiyənin Ərzurum və Şuşa şəhərlərinin 2025-2026-cı illər üçün turizm paytaxtları seçilməsi turizm sahəsində regional əməkdaşlığın inkişafına töhfə verəcək.

 

Azinformasiya.az xəbər verir ki, bunu İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Noziri jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, turizm sahəsində əməkdaşlıq fonunda hər il İƏT-in turizm paytaxtlarının elan edilməsi ilə bağlı yeni təşəbbüsü var: “Bu il Özbəkistanın Şahrisəbz şəhəri bu adı daşıyır, lakin 2025-ci ildə və 2026-cı ildə müvafiq olaraq Türkiyənin Ərzurum və Azərbaycandan Şuşa şəhərləri İƏT regionunun rəsmi turizm paytaxtı statusunu alacaqlar. 2026-cı il turizm sahəsində regional əməkdaşlığın inkişafına daha da töhfə verəcək”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir