Kreml İsveçrədə Ukrayna ilə bağlı keçiriləcək sülh konfransına münasibət bildirib

Kremldə hesab edirlər ki, Rusiyanın iştirakı olmadan İsveçrədə Ukrayna üzrə keçiriləcək konfransdan ciddi gözləntilər ola bilməz.

 

Azinformasiya.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Biz başa düşmürük ki, bu, hansı mərhələdir. Bu, birincisi…Rusiyanın iştirakı olmadan hansı ciddi nəticələrdən danışmaq olar? Bu, tamamilə qeyri-mümkündür”,- Kremlin sözçüsü iyunun 15-16-da Ukrayna ilə bağlı İsveçrədə keçiriləcək sülh konfransı haqqında danışarkən deyib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir