Xudatda iki minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb

Xudatda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə Xudat-Nabran avtomobil yolunun Müqtədir qəsəbəsindən keçən hissəsində baş verib.

Belə ki, “VAZ-2106” və “VAZ-2105” markalı minik avtomobillərinin toqquşması nəticəsində 1991-ci il təvəllüdlü Səfərov Elvin Mahir oğlu, 1991-ci il təvəllüdlü Şahverdiyev Elşad Hikmət oğlu, Əlimuradov Aydın Məlik oğlu və 2000-ci il təvəllüdlü Şahbazov Seyid İlham oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alanlar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir