Xudat şəhərində mənzillərin birindən meyit tapılıb.
Azinformasiya.az xəbər verir ki, asılmış halda meyiti aşkarlanan şəxsin 2002-ci il təvəllüdlü Qusar rayon sakini Həlimə Həsənova olduğu müəyyənləşib. Onun həmin mənzildə kirayədə yaşadığı bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az