Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.
Azinformasiya.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov açıqlama verib.
Onun sözlərinə əsasən, telefon danışığı təxminən 1 saat davam edib.
Putin və Tramp ABŞ-ın xüsusi nümayəndələrinin səfərinin nəticələrini müsbət qiymətləndiriblər.
Putin telefon danışığı zamanı Rusiyanın Avropaya qarşı heç bir düşmənçilik planının olmadığını qeyd edib.
Azinformasiya.az