XİN: Ermənistan Azərbaycanda 500-dən artıq canlı təbiət növünü risk altında qoyub

Ermənistan tərəfindən meşə ərazilərində, eləcə də 1991-ci ildə bu ölkənin qeyri-qanuni işğalına qədər qorunan təbiət qoruqlarında ekoloji cəhətdən məsuliyyətsiz və qeyri-qanuni tikinti və mədən fəaliyyəti ilə geniş şəkildə meşələrin qırılması, davamlı surətdə ağacların kəsilməsi və çirklənməsi ilə bağlı fəaliyyət Azərbaycanda 500-dən artıq canlı təbiət növünü risk altında qoyub.

 

Azinformasiya.az xəbər verir ki, bu fikirlər Haaqa Sülh Sarayında “Avropanın Vəhşi Təbiəti və Təbii Yaşayış Yerlərinin Mühafizəsi üzrə Bern Konvensiyası”na əsasən dövlətlərarası arbitraj çərçivəsində Azərbaycanın iddiası üzrə ilk rəsmi məhkəmə prosesində səsləndirilib.

Eyni zamanda qeyd olunub ki, bugünə kimi Ermənistan öz ərazisindən Azərbaycan ərazisinə axan transsərhəd çayları çirkləndirməklə ərazilərimizdə biomüxtəlifliyə və canlı təbiətə zərər vurmağı davam edir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir