XİN: “Azərbaycanın sülh və quruculuq səyləri Ermənistanın davamlı təxribatları ilə üzləşir”

“Azərbaycanın sülh və quruculuq səyləri Ermənistan tərəfinin davamlı siyasi-hərbi təxribatları ilə üzləşir”.

Azinformasiya.Az xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov BMT-nin İnsan Hüquqları üzrə Ali komissarı Volker Türk ilə görüşdə deyib.

Bu xüsusda, Laçın yolu ətrafında Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin haqlı etirazına kölgə salmaq məqsədilə Ermənistan tərəfindən guya Azərbaycanın erməni sakinlərini “blokadaya” alması, bölgədə “humanitar böhran” vəziyyətinin yarandığına dair həqiqəti əks etdirməyən mövqeyin sərgilənməsinin beynəlxalq ictimaiyyəti yanlış yönləndirməyə hesablandığı bildirilib.

Azərbaycanın bütün vətəndaşları kimi, bölgədə yaşayan erməni sakinlərin də təhlükəsizliyini təmin etməyə hazır olduğu vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir