NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Ermənistana səfərinin yekunları barədə paylaşım edib.
Azinformasiya.az xəbər verir ki, o, görüşlər zamanı NATO-Ermənistan əməkdaşlığının və regional təhlükəsizlik dinamikasının artırılması yolları, xüsusilə, Azərbaycan və Ermənistan arasında sülh prosesinin mövcud vəziyyətini müzakirə etdiyini bildirib.
Qeyd edək ki, Kolomina səfər çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla, xarici işlər naziri Ararat Mirzoyanla və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.
Azinformasiya.az