Putin Qərbi enerji və ərzaq böhranını təhrik etməkdə ittiham edib

“Hazırkı beynəlxalq vəziyyət qeyri-sabitliyin artması ilə xarakterizə olunur. Müxtəlif regionlarda köhnə münaqişələr genişlənir və yeni gərginlik ocaqları yaranır, münaqişələrin mənfi yükü yığılır, bir çox ölkələrin xalqları kənardan təşkil edilən çevrilişlərin dramatik nəticələrini yaşayır”.

 

Azinformasiya.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin təhlükəsizlik məsələləri üzrə 11-ci beynəlxalq görüşün iştirakçılarına ünvanladığı müraciətdə bildirib.

Onun sözlərinə əsasən, bu vəziyyət ayrı-ayrı dövlətlərin və birliklərin digər dövlətlərin suverenliyinə, milli maraqlarına, adət-ənənələrinə tamamilə məhəl qoymadan, öz hökmranlığını qorumaq, saxlamaq, öz qaydalarını tətbiq etmək istəyi ilə bilavasitə bağlıdır: “Bütün bunlar hərbi potensialın artırılması, digər ölkələrin daxili işlərinə müdaxilə, habelə bir sıra Qərb dövlətlərinin təhrik etdiyi enerji və ərzaq böhranlarından birtərəfli üstünlüklər əldə etmək cəhdləri ilə müşayiət olunur.

Rusiya əmindir ki, belə dağıdıcı kursa, şantaj və qeyri-qanuni sanksiyalar siyasətinə real alternativ var. Bu, dünyada sabitliyin möhkəmləndirilməsi, vahid bölünməz təhlükəsizlik sisteminin ardıcıl qurulması, iqtisadi, texnoloji və sosial inkişafın təmin edilməsi yönündə irimiqyaslı vəzifələrin həllidir. Burada ilk növbədə, bütün ölkələrin səylərini qarşılıqlı hörmət, tərəfdaşlıq və etimad prinsipləri əsasında birgə səylə əlaqələndirmək lazımdır. Məhz bu yanaşmalar Rusiyanın yenilənmiş Xarici Siyasət Konsepsiyasında öz əksini tapıb”, deyə Rusiya lideri diqqətə çatdırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir