Rusiyanın Ukraynanın Xarkov şəhərinə idarəolunan aviasiya bombaları ilə zərbələri nəticəsində yaralıların sayı 9 nəfərə çatıb.
Azinformasiya.az “mignews.ua”ya istinadən xəbər verir ki, bunu şəhərin meri İqor Terexov Hərbi Administrasiyanın rəhbəri Oleq Sinequbovla birgə mətbuat konfransında bildirib.
O deyib ki, yaralılardan birinin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Şəhərin merinin sözlərinə əsasən isə aviazərbələr bir yaşayış binası və bir ədəd yanacaqdoldurma məntəqəsində yanğına səbəb olub. Bundan başqa, bir ədəd minik avtomobili sıradan çıxarılıb.
Azinformasiya.az