Şahbuzda maşın aşıb, 4 yeniyetmə xəsarət alıb

Şahbuz rayonunda maşın aşıb.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə rayonun Külüs kəndi ərazisində baş verib. “Mercedes” markalı avtomobilin aşması nəticəsində 4 nəfər kənd sakini – 2007-ci il təvəllüdlü Cəfərli Vurğun Elgün oğlu, 2008-ci il təvəllüdlü Quliyev Sinan Məzahir oğlu, Vəliyev Yaqub Xəyal oğlu və 2011-ci təvəllüdlü Məmmədov Barat Qənimət oğlu xəsarət alıb. Onlar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri orta-ağır qiymətləndırilir.

İlkin məlumata əsasən, uşaqlardan biri maşını valideynlərindən icazəsiz götürərək sürüb və bu zaman qəza törədib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir