Xankəndi–Şuşa yolunda qəza olub, 1 nəfər ölüb, 1 nəfər yaralanıb

Xankəndi–Şuşa avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az  xəbər verir ki, qəza ötən gecə baş verib. İlkin məlumata əsasən, hərəkətdə olan “Tofaş” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı beton maneəyə çırpılıb.

Nəticədə avtomobildə olan Bayram Verdiyev hadisə yerində ölüb. Digər sərnişin Orxan Şirinov xəsarətlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir