Xaçmazda minik avtomobilləri toqquşub

Xaçmaz şəhəri ərazisində yol nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az xəbər verir ki, Xudat şəhər sakini 66 yaşlı Adil İsmayılov idarə etdiyi “Opel” markalı avtomobili əks istiqamətdə hərəkət edən “Chevrolet” və “Nissan” markalı nəqliyyat vasitələrinə çırpıb. Qəza zamanı avtomobillərə ziyan dəysə də, xəsarət alan olmayıb.

Hadisəyə səbəb “Opel”in sürücüsü A. İsmayılovun sükan arxasında halının pisləşməsi və təzyiqinin yüksəlməsi olub. O xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir