Xaçmazda mikroavtobus çaya aşıb, 1 nəfər xəsarət alıb

Xaçmazda yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Nərəcan kəndi yaxınlığından keçən hissəsində baş verib.

“Ford” markalı mikroavtobusun çaya aşması nəticəsində sürücü Mehdi İsayev xəsarət alıb.

O, Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir