X Frederik Danimarkanın yeni kralı olub

Anası II Marqretin taxtdan imtinasından sonra Danimarkanın yeni kralı X Frederik olub.

 

Azinformasiya.az DR telekanalına istinadən xəbər verir ki, II Marqret bu gün Kristiansborq sarayında keçirilən mərasimdə taxtdan imtina barədə sənədə imza atıb.

Beləliklə, X Frederik rəsmən yeni kralı olub.

Qeyd edək ki, II Marqret 52 il Danimarkanın kraliçası olub. 83 yaşlı kraliça Yeni il müraciətində bildirib ki, taxtdan imtina edəcək.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir