Volqoqrada PUA hücumu nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb

Rusiyanın Volqoqrad vilayətində pilotsuz uçuş aparatlarının hücumu nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov məlumat verib.

Onun sözlərinə əsasən, Voljski şəhərində yerləşən sintetik lif zavoduna hücum nəticəsində 60 yaşlı kişi həlak olub. Ağır yaralanan 55 yaşlı qadın xəstəxanaya yerləşdirilib.

Bundan başqa, pilotsuz uçuş aparatının Volqoqrad şəhərinin Verşinin küçəsində yerləşən yaşayış binasına düşməsi nəticəsində daha bir nəfər xəsarət alıb.

Qubernator bildirib ki, PUA qalıqlarının düşməsi nəticəsində Voljski şəhərindəki kimya müəssisəsində, Volqoqradın cənubunda yerləşən yanacaq-enerji kompleksi obyektlərində və digər ərazilərdə lokal yanğınlar baş verib.

Məlumata əsasən, bütün yanğınlar söndürülüb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir