Vətən müharibəsində informasiya savaşı aparan jurnalistlərin mükafatlandırılması təklif olunur

Azərbaycanda Vətən müharibəsində informasiya savaşında iştirak edən jurnalistlərin mükafatlandırılması təklif edilib.

Azinformasiya.Az-ın məlumatına görə, bu təkliflə Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında “Media haqqında” qanun layihəsinin birinci oxunuşunda müzakirəsi zamanı çıxış edib.

Onun sözlərinə görə, həmin jurnalistlər araşdırılmalıdır: “Onlar dövlət tərəfindən arxa cəbhədə fəaliyyətlərinə görə mükafatlandırılmalıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir