Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsdən geri çəkilməsini pisləyib.
Azinformasiya.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti “Twitter” hesabında yazıb.
“BMT və Türkiyənin səylərinə baxmayaraq, Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsünü dayandırmaq üçün kinli addımını şiddətlə qınayıram. Aİ dünyanın həssas ölkələri üçün ərzaq təhlükəsizliyini təmin etmək istiqamətində çalışır”, – o bildirib.
Avropa Komissiyasının Prezidenti diqqətə çatdırıb ki, Aİ kənd təsərrüfatı məhsullarını Ukraynadan qlobal bazarlara çıxarmağa davam edəcək.
Azinformasiya.az