UNESCO Qəzzada baş verənləri işıqlandıran fələstinli jurnalistləri mükafatlandırıb

Qəzza sektorunda baş verənləri işıqlandıran fələstinli jurnalistlər mətbuat azadlığı sahəsinə töhfələrinə görə 2024-cü il UNESCO/Guillermo Cano mükafatının qalibləri seçiliblər.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə UNESCO-nun məlumatında deyilir.

Bildirilib ki, seçim media peşəkarlarından ibarət beynəlxalq münsiflər heyətinin tövsiyəsi əsasında baş tutub.

Mükafatların təqdimetmə mərasimi Çilinin paytaxtı Santyaqoda keçirilən Ümumdünya Mətbuat Azadlığı Konfransı çərçivəsində baş tutacaq.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir