Ukraynanın Voronejə PUA hücumu nəticəsində 3 yaşlı uşaq ölüb, valideynləri yaralanıb

Ukraynanın Rusiyanın Voronej vilayətinə pilotsuz uçuş aparatları ilə hücumu nəticəsində 3 yaşlı uşaq ölüb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Voronej vilayətinin qubernatoru Aleksandr Qusev məlumat yayıb.

Onun sözlərinə əsasən, hadisə zamanı uşağın valideynləri müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər.

Hücum nəticəsində daha bir nəfər – 19 yaşlı gənc yüngül xəsarət alıb.

Qubernator bildirib ki, hücum zamanı marketpleyslərdən birinə məxsus anbarın dam örtüyü, digər oxşar binanın isə fasadı zədələnib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir