Ukraynanın hücumlarında Moskva yaxınlığında minlərlə insan işıqsız qalıb

Ukraynanın Moskva regionuna dron hücumları nəticəsində 5000-dən çox insan işıqsız qalıb.

 

Azinformasiya.az  “Forbes.ru”ya istinadən xəbər verir ki, ötən gecə Rusiya səmasında Ukraynaya məxsu 791 dron zərərsizləşdirilib və onlardan 620-si Moskvaya tərəf hərəkətdə olub.

Hücumlarda 3 nəfər xəsarət alıb, ölüm halının baş vermədiyi bildirilib.

Hücumlar Moskva yaxınlığında “Likino-Dulevo” və “Orexovo-Zuevo” elektrik şəbəkələrində enerjinin kəsilməsinə, beləliklə 5000-dən çox insanın və 46 sosial qurumun işıqsız qalmasına səbəb olub.

“Wilberries” şirkətinə məxsus anbara ziyan dəyib.

“TASS” agentliyi bu gecəki hücumları son iki ildə Moskva regionuna qarşı ən böyük hücum adlandırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir