Ukrayna Rusiyanın Bryansk vilayətini atəşə tutub, yaralanan var

Ukrayna ordusu Rusiyanın Bryansk vilayətini atəşə tutub.

 

Azinformasiya.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Boqomaz məlumat verib.

Zərbələr əsasən, Krasnıy Bor qəsəbəsindəki bəzi yaşayış və inzibati binalara dəyib. Nəticədə bir dinc sakin yaralanıb.

Qubernatorun sözlərinə əsasən, əraziyə polis və xilasetmə qüvvələri cəlb olunub.

Qeyd edək ki, ötən gün vilayətin Suzemka yaşayış məntəqəsinə zərbələr endirilməsi nəticəsində üç nəfər xəsarət alıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir