Ukrayna ordusu Rusiyanın 10 PUA-sını vurub

Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri bir gecədə Rusiyanın Ukraynaya göndərdiyi 13 pilotsuz təyyarədən 10-nu vurub.

 

Azinformasiya.az “Ukrinform“a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının sözçüsü Andrey Kovalyov Ukrayna televiziyasına açıqlamasında deyib. “Gecə Rusiya terrorçuları 13 “Shahed 136\131” pilotsuz uçan aparatından istifadə edərək növbəti dəfə Ukraynaya hücum ediblər. Ukrayna hava hücumundan müdafiə qüvvələri 10 pilotsuz uçan aparatı məhv edib”, – o bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir