Abşeronda iki avtomobil toqquşub, sürücü ölüb

Abşeronda ölümlə nəticələnən yol qəzası olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə Saray-Novxanı yolunda baş verib.

Eldəniz Əhmədovun idarə etdiyi “Mitsubishi” markalı avtomobillə Rasim Hacıyevin idarə etdiyi “VAZ 21063” markalı avtomobil toqquşub.

Nəticədə Rasim Hacıyev və sərnişini Samirə Hacıyeva müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həkimlərinə səyinə rəğmən Rasim Hacıyev xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir