Ukrayna ilə Britaniya arasında təhlükəsizlik sahəsində sənəd imzalanıb

Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə səfərdə olan Böyük Britaniyanın Baş naziri Rişi Sunakla görüşüb, iki ölkə arasında təhlükəsizlik sahəsində sənəd imzalanıb.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısı “X” hesabında bildirib.

“Britaniya Baş naziri Rişi Sunakı Ukraynada salamlamağa şadam. Bu gün Avropa tarixində dönüş nöqtəsidir. Ukrayna və Böyük Britaniya arasında yeni, indiyə kimi görünməmiş təhlükəsizlik sazişi imzalanıb. Bu, sadəcə olaraq bəyannamə deyil. Bu, bizim əməkdaşlığımız, habelə böyük qlobal güc olan Böyük Britaniyanın təhlükəsizlik öhdəlikləri nəticəsində həyata keçəcək reallıqdır.

Əgər Böyük Britaniya və digər ölkələr 1991-ci ildən sonra bu qədər zəmanət versəydilər, Rusiyanın heç bir təcavüzü baş verməzdi. Bizim ümumi məqsədimiz Rusiyanın hazırkı təcavüzü dayandırıldıqdan və Ukrayna gücləndikdən sonra Ukraynaya hücumun bir daha təkrarlanmamasını təmin etməkdir”, – Zelenski vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir