Ukrayna Belqoroda PUA zərbəsi endirib, Qrayvoron dairəsinin rəhbəri ağır yaralanıb

Rusiyanın Belqorod vilayətinin Qrayvoron dairəsinin rəhbəri Dmitri Pankov Qolovçino kəndində Ukraynaya məxsus pilotsuz uçuş aparatının (PUA) partlaması nəticəsində yaralanıb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə vilayətin operativ qərargahı məlumat yayıb.

Qeyd edilib ki, Dmitri Pankov bud nahiyəsindən qəlpə yarası alıb. Təcili tibbi yardım briqadası onu vilayət klinik xəstəxanasına çatdırıb.

Dmitri Pankovun vəziyyəti orta ağır qiymətləndirilir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir