Ucarda kombaynın təkəri partlayıb, bir nəfər ölüb

Ucar sakini təkər partlaması nəticəsində ölüb.

 

Azinformasiya.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Yuxarı Şilyan kəndində qeydə alınıb.

Kənd sakini, 1977-ci il təvəllüdlü Hakim Hətəm oğlu Əhmədov kombaynın qabaq təkərinə hava vurarkən təkər partlayıb.

Sözügedən şəxs xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir