Naxçıvanda iki maşın toqquşub, xəsarət alan var

Naxçıvanda yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə Babək rayonu, Şıxmahmud kəndində baş verib.

İki avtomobilin toqquşması nəticəsində Babək rayon Aşağı Uzunoba kənd sakini, 1981-ci il təvəllüdlü Qəbəliyev Nüsrət Yunis oğlu xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti sabitdir.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir