Ucarda avtomobil 8 yaşlı uşağı vurub

Ucarda yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə bu gün rayonun 20 Yanvar küçəsində baş verib.

İsrayıl Əli oğlu Rzayev idarə etdiyi “VAZ 2107” markalı minik maşını ilə yolu keçən piyada, 2016-cı il təvəllüdlü Adıgözəlli Yusif Kənan oğlunu vurub. Zərərçəkən Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlər azyaşlının vəziyyətinin orta-ağır olduğunu bildirirlər.

Azyaşlıya ilkin tibbi yardım göstərildikdən sonra o, Göyçay Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir