Ucarda ağır yol qəzası olub, 4 nəfər xəsarət alıb

Ucarda yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun H. Əliyev prospektində baş verib. “VAZ-21010” və “Saipa” markalı maşınların toqquşması nəticəsində 4 nəfər Ucar rayon sakini – 2006-cı il təvəllüdlü Lətifov Ülvi Şüküroviç, 2005-ci il təvəllüdlü Elton Aydın oğlu Abbasov, 2006-cı il təvəllüdlü Aydın Güləhməd oğlu Məmmədov və 2006-cı il təvəllüdlü Mirmövsüm Mircəlal oğlu Mövsümov müxtəlif xəsarətlər alaraq Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

M. Mövsümovun vəziyyəti ağır olduğundan o, Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir