Türkiyədə sel nəticəsində yol çöküb, evlər su altında qalıb

Türkiyənin Dənizli bölgəsində axşam saatlarından başlayan güclü yağış nəticəsində dərə və kanallar daşıb, küçələr su ilə dolub.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.

Məlumata əsasən, evləri və iş yerlərini su basıb, çoxlu nəqliyyat vasitələri yolda qalıb. İnsanların köməyinə xilasetmə qrupları gəlib. Eskihisar məhəlləsində isə yol çöküb.

Axşam saatlarında şəhər mərkəzində başlayan və fasiəsiz olaraq davam edən leysan gündəlik həyata mənfi təsir edib.

Çox sayda maşın yolda qalarkən, içəridə qalanlar AFAD və yanğınsöndürənlər tərəfindən xilas edilib.

Mərkəzəfəndi mahalının Sümer məhəlləsindəki Keskin məscidi də seldən zərər çəkən ərazilərdən biri olub. Məscid su altında qalarkən məhəllə vətəndaşlarının köməkliyi ilə su boşaldılıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir