Türkiyədə güclü yağış və fırtına nəticəsində bir nəfər ölüb, 35 vilayət üçün xəbərdarlıq edilib

Paytaxt Ankaranın Elmadağ rayonunda fırtına zamanı ildırımın vurduğu yaşlı kişi həyatını itirib.

 

Azinformasiya.az  xəbər verir ki, Balkanlar üzərindən gələn sərin və yağışlı havanın təsiri ilə İstanbul və Ankara başda olmaqla, Türkiyənin bir çox bölgəsində güclü leysan yağışları və fırtına müşahidə olunur. Meteorologiya Baş İdarəsi 35 vilayət üçün xəbərdarlıq yayıb.

Ankaranın Mamak rayonunda güclü yağış nəticəsində yol çöküb və bir avtomobil çuxura düşüb. İbtidai məktəbin divarı uçub, sel suları isə kuryerlərin motosikletlərini sürükləyib. Altındağ rayonundakı Turgut Özal bulvarında yerləşən yeraltı keçidi də su basıb.

İstanbulun Güngören rayonunda isə yeraltı keçid su altında qalıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir