Türkiyədə əsgərləri daşıyan avtobus aşıb, 2 şəhid, 45 yaralı var

Türkiyənin Şırnak əyalətində Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətini daşıyan avtobus şarampole aşıb. 2 əsgər şəhid olub, 4-ü əsgər olmaqla 45 nəfər yaralanıb.

 

Azinformasiya.az TRT Haber-ə istinadən xəbər verir ki, qəza, Şırnak-Uludere quru yolunun Balveren diyarında baş verib.

Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətini daşıyan avtobus şarampole aşıb.

Hadisə yerinə çoxlu sayda təcili yardım maşınları göndərilib. İlk araşdırmalara görə, 2 əsgər şəhid olub, 4-ü əsgər olmaqla 45 nəfər yaralanıb.

Şırnak valisi Osman Bilgin də hadisə yerinə gedərək qəza ilə bağlı məlumat əldə edib.

Türkiyənin Milli Müdafiə Nazirliyindən aşağıdakı açıqlama verilib:

“Şırnakda olan avtomobil qəzasında 2 qəhrəman silahdaşımız şəhid olub, 4 qəhrəmanımız isə yaralanıb və dərhal xəstəxanaya çatdırılaraq müalicələrinə başlanılıb. Allah rəhmət eləsin. Bizə dərin ağrı və hüzn yaşadan bu hadisədə həyatını itirən şəhidlərimizin dərdli ailələrinə, türk vətəndaşlarına başsağlığı verir, silahlı qüvvələrimizə və soylu millətimizə səbr, yaralı yoldaşlarımıza isə şəfa diləyirik”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir