Türkiyə Xarici İşlər Nazirliyi İsveçin paytaxtı Stokholmda Qurani-Kərimin təhqir olunmasını pisləyib.
Azinformasiya.az xəbər verir ki, bu barədə nazirliyin məlumatında bildirilib.
“Biz bu gün, iyulun 20-də Stokholmdakı İraq səfirliyi qarşısında Qurana qarşı törədilən iyrənc hücumu qəti şəkildə pisləyirik”, – Xarici İşlər Nazirliyinin bəyanatında əks olunub.
Bəyanatda bildirilir ki, Türkiyə islamofobiya, ksenofobiya, irqçilik və ayrı-seçkiliklə mübarizə sahəsində bu tip hücumların baş verdiyi ölkələrlə birlikdə işləməyə hazırdır.
Azinformasiya.az