Hacıqabulda yol qəzası baş verib, ölən və xəsarət alanlar var

Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə Hacıqabul rayonunun Padarçöl kəndində baş verib.

Qəza zamanı “Mercedes” markalı avtomobil yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində xəsarət alan Sabirabad rayon sakinləri, Rəhimov Həsən Arif oğlu, 2000-ci il təvəllüdlü Abdullazadə Rəşid Rəşad oğlu, 2005-ci il təvəllüdlü Gülməmmədov Amin Vasif oğlu və Nurlan Abdullayev Seymur oğlu abirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Digər ağır yaralı Sabirabad sakini, 2003-cü il təvəllüdlü Quliyev Fərhad Ədalət oğlu xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir