Türkiyə PA: “Rusiya-Ukrayna müharibəsi qarşıdakı aylarda daha da şiddətlənəcək”

“Görünür, Rusiya-Ukrayna müharibəsi qarşıdakı aylarda daha da şiddətlənəcək”.

Azinformasiya.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın tviterdə yazıb.

O bildirib ki, bu, daha çox ölüm və daha uzunmüddətli böhran deməkdir: “Atəşkəsdən əsir mübadiləsinə, taxıl daşınmasından nüvə təhlükəsizliyinə qədər bütün sahələrdə Türkiyə dialoqun təmin olunması üçün səylərini davam etdirir”.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi 2022-ci il fevralın 24-də başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir