Türkiyə MN: Qardaş Azərbaycan bu alçaqlığa cavabı cəbhədə verir

“Cəbhə xəttində Qəhrəman Azərbaycan Ordusunun önündən qaçan Ermənistan bir daha namərdcə və qorxaqca Gəncədə yaşayış məntəqəsini raketlə vurdu”.

“AZİNFORMASİYA.AZ” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter”ində yazılıb.

“Qardaş Azərbaycan bu alçaqlığa cavabı cəbhədə verir. Ermənistan ordusu çox böyük çarəsizlik içindədir və hər gün yeni bir insanlıq cinayəti törədirlər. Bu qətliamlara baxmayaraq, susanlar da tarixin ləkəli səhifələrində yerini alacaq. Şəhidlərimizə Allahdan rəhmət, yaralı qardaşlarımıza şəfalar diləyirik”, – qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir