Türkiyə və Yunanıstan XİN rəhbərlərinin görüşü olub

Türkiyə xarici işlər naziri Hakan Fidan Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Yunanıstanın xarici işlər naziri Yorqos Gerapetritis ilə görüşüb.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Qeyd olunub ki, görüşdə ikitərəfli və regional əlaqələr, siyasi dialoq, etimad quruculuğu tədbirləri çərçivəsində atılacaq addımlar, eləcə də Yunanıstan Baş nazirinin Türkiyəyə səfəri üçün hazırlıqlar müzakirə edilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir