Tramp İranı bombardmanla hədələyib, Hörmüz boğazını açacağına söz verib

İranla razılaşma əldə olunsa, “Epik qəzəb” əməliyyatı sona çatacaq.

 

Azinformasiya.az  xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.

“İran razılaşdırılanları yerinə yetirməyi qəbul etsə – bu, bəlkə də böyük bir fərziyyədir – əfsanəvi “Epik qəzəb” əməliyyatı sona çatacaq”, – Tramp bildirib.

O qeyd edib ki, eyni zamanda Hörmüz boğazının blokadası da başa çatacaq və boğaz İran da daxil olmaqla, hər kəsin üzünə açıq olacaq.

“Razılaşmasalar, təəssüf ki, keçmişdəkindən daha yüksək səviyyədə və intensivlikdə bombardman başlayacaq”, – ABŞ lideri əlavə edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir