Tramp: İran razılaşmasa, körpülərini və elektrik stansiyalarını məhv edəcəyik

ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı razılaşmaya getməyəcəyi təqdirdə ölkənin əsas infrastrukturuna zərbələr endirilə biləcəyi ilə hədələyib.

 

Azinformasiya.az  xəbər verir ki, “Fox News” telekanalına müsahibəsində Tramp bildirib ki, istəsə, İranın əsas körpülərini bir neçə saat ərzində, elektrik stansiyalarını isə bir günə sıradan çıxara bilər.

“Əgər geri qayıdıb işi başa çatdırmalı olsam, İranın əsas körpülərinin çoxunu iki saatdan az müddətdə məhv edə bilərəm. Bütün elektrik stansiyalarını isə bir gün ərzində sıradan çıxarmaq mümkündür. O zaman 91 milyon insan işıqsız və körpüsüz qalacaq. Əgər razılaşma əldə olunmasa, bunu edəcəyimi onlar bilirlər”, – deyə Tramp vurğulayıb.

ABŞ prezidenti bununla belə, belə bir ssenaridən yayınmağa üstünlük verdiyini bildirib: “Əgər bunu etməməyin qarşısını ala bilsəm, bunu etməməyə üstünlük verərəm”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir