Tramp Hörmüz boğazını minalamağa çalışan istənilən gəmini məhv etməyə göstəriş verib

ABŞ Hərbi Dəniz Qüvvələrinə əmr vermişəm ki, Hörmüz boğazı sularında mina yerləşdirən istənilən qayığı nə qədər kiçik olursa-olsun, vurub məhv etsinlər.

 

Azinformasiya.az  xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp öz “Truth Social” hesabında yazıb.

Tramp İranın 159 hərbi gəmisinin artıq dənizin dibində olduğunu bildirib.

ABŞ lideri bu əmri yerinə yetirməkdə heç bir tərəddüd edilməməsini tələb edib. O, boğazın minalardan təmizlənməsini sürətləndirməyə göstəriş verib: “Bundan başqa, bizim minatəmizləyən gəmilərimiz hazırda boğazı təmizləyir. Bu fəaliyyətin davam etdirilməsini, ancaq üç qat artırılmış səviyyədə həyata keçirilməsini əmr edirəm!”

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir