Tramp Hörmüz boğazını açdığına görə İrana təşəkkür edib

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazını açdığı üçün İrana təşəkkür edib.

 

Azinformasiya.az  xəbər verir ki, o, bu barədə “Truth Social” hesabında yazıb.

ABŞ lideri Hörmüz boğazını “İran boğazı” kimi qeyd edib.

“İran elə indicə İran boğazının tam açıldığını və tam keçid üçün hazır olduğunu elan edib. Çox sağ olun”, – Tramp vurğulayıb.

Qeyd edək ki, xarici işlər naziri Abbas Əraqçi İranın Hörmüz boğazını açdığını bildirib.

O qeyd edib ki, Livandakı atəşkəsə uyğun olaraq, bütün ticarət gəmilərinin Hörmüz boğazından keçidi atəşkəs müddəti ərzində tam açıq elan olunur.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir