Tramp: Dünyada Çinə qarşı ən sərt mövqe tutan liderəm

Dünyadakı digər liderlərlə müqayisədə Çin məsələsində ən sərt mövqeni mən tuturam.

 

Azinformasiya.az  xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Fox Business”ə müsahibəsində deyib.

“Çinlə işləmək heç vaxt asan olmur, lakin biz onlarla çox yaxşı münasibətdəyik. Mən dünyada Çinə qarşı ən sərt mövqe tutan liderəm. Çin avtomobillərinə 100% tarif tətbiq etmişəm və ölkədə heç bir Çin avtomobili yoxdur”, – ABŞ lideri qeyd edib.

Tramp fikir ayrılıqlarına baxmayaraq, Çin Xalq Respublikasının Sədri ilə münasibətlərinin yaxşı olduğunu vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir