Tramp: ABŞ-da “ağıllı prezident” olduğu müddətdə Kim Çen Inla hər şey qaydasında olacaq

ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inın ABŞ-da “ağıllı prezident” olduğu müddətdə vəziyyətinin yaxşı olacağını bildirib.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Tramp jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Kim Çen Inı çox yaxşı tanıyıram. Bizdə ağıllı prezident olduğu müddətdə onun hər şey qaydasında olacaq. ABŞ-da axmaq prezident olarsa, onun üçün vəziyyət o qədər də yaxşı olmayacaq”, – deyə Tramp bildirib.

ABŞ lideri Kim Çen Inla yaxşı münasibətlərinin olduğunu vurğulayıb, ancaq Şimali Koreya lideri ilə məktub mübadiləsi aparıb-aparmadığı barədə suala cavab verməyib.

Tramp eyni zamanda bu ilin sonunda Kim Çen Inla görüşəcəyini gözlədiyini bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir