Tramp: ABŞ çox tezliklə Marsa pilotlu uçuş təşkil edə bilər

ABŞ çox tezliklə Marsa pilotlu uçuş həyata keçirə biləcək.

 

Azinformasiya.az  xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Müstəqillik Bəyannaməsinin imzalanmasının 250 illiyi münasibətilə çxışında bildirib.

“Düşünürəm ki, Aya çatacağıq və daha da irəli gedəcəyik. Bundan sonra isə Marsa yollanacağıq”, – deyə ABŞ Prezidenti qeyd edib.

Donald Tramp xatırladıb ki, onun prezidentliyinin ilk dövründə administrasiyasının təşəbbüsü ilə ABŞ Kosmik Qüvvələri yaradılıb: “Bəziləri buna istehza ilə yanaşırdı, mənasız olduğunu düşünürdülər. Lakin indi anlayırlar ki, bu, həyata keçirdiyimiz ən mühüm addımlardan biridir. Biz kosmos sahəsində Çindən və Rusiyadan geri qalırdıq, indi isə onları böyük fərqlə qabaqlayırıq”.

Xatırldaq ki, ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) rəhbəri Cared Ayzekman may ayında bildirib ki, qurum 2032-ci ilədək Ayda ABŞ-a məxsus yaşayış stansiyası qurmağı planlaşdırır. NASA nümayəndələri qeyd ediblər ki, Ayda gələcəkdə Marsa pilotlu uçuşun həyata keçirilməsinə imkan verəcək texnologiyaları sınaqdan keçirməyi nəzərdə tuturlar. Qurumda belə bir uçuşun 2040-cı ildən əvvəl təşkil oluna biləcəyi də istisna edilməyib.

 

Azinformasiya.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir