Tovuzda yol qəzası olub.
Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndi ərazisində baş verib.
“VAZ-21011” markalı avtomobil “Belarus” markalı traktoru ötmə əməliyyatı zamanı traktorun təkərinə dəyərək idarəetməni itirib və yol kənarındakı işıq dirəyinə çırpılıb.
Hadisə nəticəsində “VAZ -21011”-də olan sərnişinlər, Hunanlar kənd sakinləri – 77 yaşlı Güllü Alıyeva və onun bacısı Salatın Abdullayeva xəsarət alıb.
Onlar Tovuz Rayon Mərkəzi Xəstəxansına yerləşdirirliblər.
Faktla baglı araşdırma aparılır.
Azinformasiya.az