Tovuzda TIR aşıb, yanğın baş verib

Tovuzda yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunda, rayonun Aşağı Quşçu kəndi ərazisində baş verib. Bakı istiqmətində hərəkətdə olan, Göygöl rayon sakini Elbrus Məlikovun idarə etdiyi TIR yoldan çıxaraq dərəyə aşıb. Qəzadan sonra avtomobildə yanğın qeydə alınıb. Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb, avtomobil yanğından mühafizə edilib. Məlumata əsasən, sürücü yüngül xəsarət alıb.

TIR-ın Rusiyaya yanacaq (mazut) apardığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir