Tovuzda minik maşını aşıb

Tovuzda yol nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində baş verib.

Elnur Alızadənin idarə etdiyi “VAZ 2106” minik maşını ilə hərəkətdə olan zaman idarəetmədən çıxaraq aşıb. Qəza zamanı xəsarət alan olmasa da avtomobil yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir