Tovuzda avtomobillər toqquşub, xəsarət alanlar var

Tovuzda yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Alakol kəndində baş verib.

Hərəkətdə olan “VAZ” markalı minik maşını digər avtomobilə toqquşub. Qəza zamanı 1999-cü il təvəllüdlü Arzu Süleymanov,1994-cü il təvəllüdlü Azər Abdıyev və daha bir qadın xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir