Tokayev Ərdoğanı yubileyi münasibətilə təbrik edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı olub.

 

Azinformasiya.az xəbər verir ki, Kasım-Jomart Tokayev Rəcəb Tayyib Ərdoğanı 70 illik yubileyi münasibətilə təbrik edib.

Qazaxıstan lideri Türkiyə Prezidentinə uğurlar arzulayıb və əmin olduğunu bildirib ki, onun uzaqgörən siyasəti və yorulmaz işi sayəsində qardaş ölkə dünya birliyində mütərəqqi inkişaf və nüfuzunun möhkəmləndirilməsi yolu ilə öz hərəkətini davam etdirəcək.

Söhbət əsnasında dövlət başçıları Qazaxıstan və Türkiyə arasında hərtərəfli strateji əməkdaşlığın inkişafı, ticarət, iqtisadi və investisiya sahələrində tərəfdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirməklə bağlı fikir mübadiləsi aparıblar.

Bundan başqa, tərəflər Qazaxıstanın Türk Dövlətləri Təşkilatında sədrliyinin gündəliyinin icrasının gedişini müzakirə ediblər.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir